​Türkiyənin cənubunda zəlzələ baş verib

​Türkiyənin cənubunda zəlzələ baş verib Zəlzələ Mersin vilayətində sahil zolağında qeydə alınıb
Region
30 İyul , 2015 13:31
​Türkiyənin cənubunda zəlzələ baş verib

Bakı. 30 iyul. REPORT.AZ/ Türkiyədə Aralıq dənizinin cənub sahilində 5.2 bal gücündə zəlzələ baş verib. Bu barədə "Report" TRT telekanalına istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı İnstitutunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat bir radələrində Mersin vilayətinin sahil zolağında baş verib.

Yeraltı təkanları, həmçinin Adana, Hatay, Osmaniyə, Mersin, Qaziantəp və Kahramanmaraş vilayətlərinin sakinləri də hiss edib.

Zəlzələdən sonra bəzi sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.

Hazırda tələfat və dağıntılar barədə heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi