Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib

Region
  • 06 iyul, 2017
  • 10:48
Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması barədə hesabat qəbul edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin dayandırılması haqqında hesabatı qəbul edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Hollandiyadan olan deputat Kati Piri tərəfindən hazırlanan hesabatın lehinə 477 deputat səs verib.

Bu hesabat iyulun 5-də müzakirə edilib, iyulun 6-da isə təsdiqlənib.

Hesabatda Türkiyənin Avropa İttifaqına üzvülüyü ilə bağlı müzakirələrin dayandırılmasına çağırış edilib. 

Qeyd edək ki, Avropa Parlamentinin 751 üzvü var.