Suriyada Türkiyənin 2 hərbçisi şəhid oldu
Region
- 04 mart, 2020
- 08:16
Türkiyə Silahlı Qüvvələri Suriyada itkilər verib.
“Report” xəbər verir ki, bu məlumatı ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Açıqlamaya görə, rejim qüvvələrinin açdığı atəş nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 6 nəfər isə yaralanıb.
Həmçinin qeyd edilir ki, Türkiyə tərəfinin başlatdığı “Bahar qalxanı” hərəkatının əvvəlindən bu günə qədər düşmənin 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top/haubitsa, 52 reaktiv yaylım atəş sistemi, 8 hava hücumundan müdafiə sistemi, 12 tankvuran silah, 4 qısalüləli top, 24 zirehli maşın, 27 zirehli döyüş texnikası, 34 silahlı pikap, 60 hərbi maşın və 10 silah-sursat deposu məhv edilib.
Bundan başqa, həmin rejimə aid 3 138 qüvvənin də zərərsizləşdirildiyi bildirilir.
Suriyada Türkiyənin 2 hərbçisi şəhid oldu
Son xəbərlər
03:48
Rusiya Dövlət Dumasına seçkilərdə səslərin 52 faizi hesablanıb - YENİLƏNİB
Region03:13
Qətər 580 milyard dollarlıq aktivlərin idarə olunması üçün yeni investisiya platforması yaradacaq
Biznes02:46
ABŞ İranla əlaqəli 109 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
Digər ölkələr00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43