Adanada antiterror əməliyyatı keçirilib, 20 nəfər tutulub

Adanada antiterror əməliyyatı keçirilib, 20 nəfər tutulub Qaçıb gizlənən 10 nəfərin axtarışı istiqamətində əməliyyatlar davam edir
Region
11 Avqust , 2017 11:13
Adanada antiterror əməliyyatı keçirilib, 20 nəfər tutulub

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Adana əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 20 nəfər tutulub.

“Report” "Anadolu" agentlyinə istinadən xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri ilə Asayişin qorunması, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa, Narkotik maddələrin qanunsuz ticarətinə qarşı mübarizə idarələrinin və xüsusi təyinatlıların terrorçu PKK-ya bağlı dəstənin 30 üzvünün tutulması istiqamətində onların məskunlaşdığı ünvanda birgə əməliyyat keçirib.

Məlumata görə, qaçıb gizlənən 10 nəfərin axtarışı istiqamətində əməliyyatlar davam edir.

Axtarış nəticəsində şübhəlilərin yaşadıqları mənzillərdən terrorçu qruplaşmaya aid çoxlu sənədlər və təbliğat materialları aşakralanarq götürülüb. 

Son xəbərlər

Orphus sistemi