Türkiyəli hərbi-siyasi ekspert: “İran əməkdaşlıq təklifimizə cavab vermədi”

Türkiyəli hərbi-siyasi ekspert: “İran əməkdaşlıq təklifimizə cavab vermədi” İran regionun aktiv ölkələrindən biridir. Yəni bölgədə baş verən siyasi, hərbi proseslərdə lazımi diqqət tələb edən ölkədir. Ancaq bütün bunlara rəğmən İran Türkiyə və Azərbaycanın göstərdiyi dəstəyə layiq olmayan fikirlər səsləndirməkdədir. Hesab edirəm
Region
14 Oktyabr , 2021 08:52
Türkiyəli hərbi-siyasi ekspert: “İran əməkdaşlıq təklifimizə cavab vermədi”
Coşkun Başbuğ

"İran regionun aktiv ölkələrindən biridir. Yəni bölgədə baş verən siyasi, hərbi proseslərdə lazımi diqqət tələb edən ölkədir. Ancaq bütün bunlara rəğmən İran Türkiyə və Azərbaycanın göstərdiyi dəstəyə layiq olmayan fikirlər səsləndirməkdədir. Hesab edirəm ki, İranın bu bəyanatları həm siyasi, həm də hərbi xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 30 illik haqq davası olan Vətən müharibəsində İran, həm İslam dövləti, əhalisinin yarısından çoxu Azərbaycan türkləri, həm də qonşu dövlət olmasına rəğmən Azərbaycanın əleyhinə mövqe nümayiş etdirdi".

Bu fikirləri "Report"un yerli bürosuna müsahibəsində türkiyəli hərbi-siyasi ekspert Coşkun Başbuğ bildirib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı İran hökumətinin Ermənistana və "qondarma rejimə" dəstəkləri Cənubi Azərbaycan bölgəsində kəskin etirazla qarşılanmasaydı, belə yardım və maddi-texniki təminatların ardı-arası kəsilməzdi: "Yarısı türk və müsəlman olan bir ölkənin nə üçün bu cür çirkli əlaqələr qurduğunu düşünmək lazımdır. Bu əlaqələrə, əməllərə və faktiki addımlara etiraz edildiyi təqdirdə də, İranın hansı təzyiq metodlarından istifadə edərək öz vətəndaşlarını susdurduğu da hər kəsə məlumdur".

Coşkun Başbuğ İranın "3 qardaş" təlimlərinə narahatlığına da toxunub: "İranın Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi "3 qardaş" hərbi təlimlərindən də narahatlığı aydın hiss olundu. Açığı, bu, təəccüb doğurmuşdu. Yəni regionun ən qüdrətli İslam dövlətlərinə belə mənasız qısqanclıq anlaşılan deyil. Halbuki biz İrana 3+3 formatında birgə əməkdaşlıq təklif etmişdik. Ancaq İran bu təklifləri və jestlərə cavab vermədi".

Ekspert vurğulayıb ki, İranda dövlət idarəetmə sistemi Azərbaycanın hərbi və diplomatik sahədə uğurlarını qısqanclıqla qarşılayır və bunu özünə təhlükə mənbəyi kimi görür: "Bu məsələ son günlərin problemi deyil, yüz illərdən gələn, Cənubi Azərbaycandakı əhalidən yaranan əndişədən yaranan narahatlıqdır. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycana, onun milli maraqlarına qarşı çevrilmiş hər bir hərəkət öz daxilində böyük çaxnaşmaya səbəb olacaq addımdır".

Son xəbərlər

Orphus sistemi