​Türkiyədə güclü zəlzələ olub

​Türkiyədə güclü zəlzələ olub İtki, xəsarət alan və dağıntılar barədə məlumat yayılmayıb
Region
3 Dekabr , 2015 09:24
​Türkiyədə güclü zəlzələ olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin Bingöl əyalətinin Kığı rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16 km dərinlikdə yerləşib. Hadisə yerli vaxtla saat 01.27-də (Bakı vaxtı ilə 03.27) baş verib.

Zəlzələdən sonra Kığının sakinləri küçələrə çıxıblar. İtki, xəsarət alan və dağıntılar barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi