Türkiyədə yeni siyasi partiya yaradılıb

Türkiyədə yeni siyasi partiya yaradılıb Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır
Region
25 Oktyabr , 2017 11:28
Türkiyədə yeni siyasi partiya yaradılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Türkiyənin tanınmış xanım siyasətçisi Meral Akşener yaratdığı yeni partiyanın adını açıqlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeni siyasi təşkilatın adı “Yaxşı Türkiyə” Partiyasıdır (İyi Parti). 

Partiyanın şüarı isə “Türkiyə yaxşı olacaq!”dır. 

Yeni siyasi təşkilat hədəflərini də açıqlayıb: “Əsas hədəfimiz dünyanın iqtisadi cəhətdən 10 güclü dövlətindən biri olmaqdır. Milli gəlirimizi ilk beş ilin sonunda 14 min 500 dollara çatıdrmaqdır. Dünya üzrə rifah indeksinə görə, dünyanın 40 ölkəsi sırasına düşməkdir” və s.

Qeyd edək ki, Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır. 

Son xəbərlər

Orphus sistemi