Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 hərbçi yaralanıb

Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 hərbçi yaralanıb Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Region
29 Mart , 2018 16:20
Türkiyədə terrorçular hərbçilərə hücum edib, 6 hərbçi yaralanıb

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətindəki Nazro rayonunda terrorçu PKK silahlılarının uzun çaplı silahlar və raketatanlardan hərbçilərə hücumu nəticəsində birinin vəziyyəti ağır olmaqla 6 hərbçi yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, terrorçular xidməti növbəni dəyişməyə gedən hərbçilərin avtomobilinə hücum ediblər.

Bildirilib ki, hadisə Nazro rayonunun Ürgen kəndi yaxınlığında baş verib.

Bölgədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb.

Son xəbərlər

Orphus sistemi