Qaradəniz bölgəsində ölənlərin sayı 64 nəfərə çatıb

Qaradəniz bölgəsində ölənlərin sayı 64 nəfərə çatıb Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb. "Report"un yerli bürosu xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb. Həlak olanlar ən çox itki 46 nəfər olmaqla Kastamonu, 8 n
Region
16 Avqust , 2021 00:30
 Qaradəniz bölgəsində ölənlərin sayı 64 nəfərə çatıb

Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Ölənlərin 54-ü Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

Hazırda həmin bölgələrdə 8 mindən çox canlı qüvvə axtarış-xilasetmə, eləcə də təmizlik, bərpa işlərində iştirak edir.

2021-08-15 19:27

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı yenidən artıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Təbii fəlakət nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

02:50

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Belə ki, Kastamonuda 48, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib. Təbii fəlakət zamanı həmçinin 80-ə yaxın insan itkin düşüb. Məlumata görə, daşqın zonalarından itkin düşənlər haqqında ümumilikdə 77 xəbər daxil olub.

22:25

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.
"Report"un yerli bürosu xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Ən çox həlak olan Kastamonuda qeydə alınıb. Burada 46 nəfər təbii fəlakətin qurbanı olub. Bununla yanaşı, 8 nəfər Sinopda, 1 nəfər isə Bartın vilayətində ölüb.

Son xəbərlər

Orphus sistemi