Bakı. 9 fevral. REPORT.AZ/ “Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçirilməsi gözlənilir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ TRT-yə müsahibəsində bildirib.
“Qanun layihəsi prezident tərəfindən imzalanmalıdır. Onun nə vaxt bunu imzalayacağı elə də prinsipial məsələ deyil. Mövcud vəziyyətdən çıxş edərək referendumun aprelin 16-da keçirilməsi ehtimalı daha böyükdür”, - deyə o vurğulayıb.
Türkiyə qanunlarına əsasən, prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib. Dövlət başçısı 15 gün ərzində layihəni təsdiqləyə, yaxud təkrar müzakirə üçün onu parlamentə qaytara bilər.
Qeyd edək ki, ötən gün Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın referendumun aprelin 9-u, yaxud 16-da keçiriləcəyi ehtimalını söyləmişdi.