Türkiyənin Kocaeli rayonunda qayığın batması nəticəsində boğulmaq üzrə olan 24 nəfər xilas edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan xilasedicilərdən ikisi yaralanıb.
Onlar xəstəxanaya aparılıb, durumlarının yaxşı olduğu bildirilib.
14:57
Türkiyənin Kocaeli rayonunda Başişkele Kavaklı sahilində qayıq batıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunub.
Hadisənin səbəbi və qayıqda neçə adamın olduğu məlum deyil.