Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 11 çatıb, 78 nəfər yaralanıb - YENİLƏNİB-2

Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 11 çatıb, 78 nəfər yaralanıb - YENİLƏNİB-2 Yaralılar Cizre dövlət xəstəxanasına yerləşdirilib
Region
26 Avqust , 2016 09:54
Türkiyədə polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 11 çatıb, 78 nəfər yaralanıb - YENİLƏNİB-2

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda polis nəzarət məntəqəsinə terrorçu PKK qruplaşması silahlılarının bomba yüklü avtomobillə hücumu nəticəsində 11 polis şəhid olub, 78 nəfər isə yaralanıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Şırnak valiliyi açıqlayıb.

Məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağır imiş. Həkimlərin səylərinə baxmayarq, onların həyatını xilas etmək mükün olmayıb.

*** 10:13

Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda polis nəzarət məntəqəsinə terrorçu PKK qruplaşması silahlılarının bomba yüklü avtomobillə hücumu nəticəsində 8 nəfər şəhid olub, 45 nəfər yaralanıb.

"Report" xəbər verir ki, məlumatı "Haberturk" yayıb. 

"Reuters" agentliyi isə partlayış nəticəsində bir nəfərin şəhid olduğu, 25 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, hücum nəticəsində ölən və yaralananlarla bağlı hələlik rəsmi qurum və şəxslər hər hansı açıqlama verməyib. 

*** 09:54

Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda terrorçu PKK qruplaşmasının silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Cizre-Şırnak avtomobil yolunun üstündə, Cizre Təhlükəsizlik İdarəsi Çevik Polis Dəstəsinin yerləşdiyi ərazinin 50 metrliyində baş verib. 

Terrorçular nəzarət məntəqəsində idarə edilən partlayıcı qurğu yüklü avtomobili partladıblar. 

Məlumata görə, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılar Cizre dövlət xəstəxanasına yerləşdirilib.

Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi