Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb. "Report"un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan biri hospitalda həyatını itirib.
Məlumata görə, hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib.