Türkiyədə partlayış baş verib, 3 hərbçi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB
- 04 aprel, 2017
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Şırnakda baş verən partlayış nəticəsində şəhid olan hərbçilərin sayı 3-ə çatıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Şırnak valiliyindən bildiriblər.
“Şırnak əyalətinin Uludərə rayonunda Altıntepe bölgəsində və Gabar dağında davam edən əməliyyat nəticəsində terrorçu PKK-nın 5 silahlısı zərərsizləşdirilib”, - deyə açıqlamada vurğulanıb.
*** 11:33
Türkiyənin Şırnak bölgəsində partlayış nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, Gabar dağında təhlükəsizlik orqanlarının əməkdaşları axtarış-əməliyyat tədbiri həyata keçirən zaman əldəqayırma partlayıcı qurğu partlayıb.
Məlumata görə, bölgədə terrorçu PKK-ya qarşı antiterror əməlliyyat keçirilir.