​Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

​Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb Ölkə Konstitusiyasına əsasən, yeni Nazirlər Kabineti 45 gün ərzində formalaşdırılmalıdır
Region
12 Noyabr , 2015 14:24
​Türkiyədə parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Seçki Komissiyası Böyük Millət Məclisinə (TBMM) 26-cı çağırış seçkilərinin rəsmi nəticələrini açıqlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, 56 milyon 949 min 9 seçici qeydə alıb. Onların 48 milyon 537 min 695-i (seçicilərin ümumi sayının 85,23 ) səsvermədə iştirak edib.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 49,6 faizini (parlamentdə 317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanıb.

Məlumata görə, seçkilərin rəsmi nəticələri elan olunduqdan 5 gün sonra millət vəkilləri and içəcək. Bunun ardınca parlamentə sədr seçiləcək. Noyabrın 23-də TBMM-ə sədr seçiləcəyi gözlənilir.

Sədr seçkisindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin formalaşdırlması üçün müvəqqəti hökumətin başçısı Əhməd Davudoğluna tapşırıq verəcək.

Ölkə Konstitusiyasına əsasən, yeni Nazirlər Kabineti 45 gün ərzində formalaşdırılmalıdır.

Qeyd edək ki, bu il iyunun 7-də parlamentə keçirilən seçkidə AKP 40,87 faiz (258 yer), CHP 24,95 faiz (132 yer), MHP 16,29 faiz (80 yer), HDP 13,12 faiz (80) səs toplamışdı. 

Son xəbərlər

Orphus sistemi