​Türkiyədə parlament seçkilərində hakim partiya liderlik edir

Region
  • 07 iyun, 2015
  • 17:27
​Türkiyədə parlament seçkilərində hakim partiya liderlik edir

Bakı. 7 İyun. REPORT.AZ/ Türkiyənin Ədalət və İnkişaf Partiyası ilkin məlumatlara görə, ölkədə keçirilən parlament seçkilərində liderlik edir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, seçki bülletenlərinin təqribən 60%-nin hesablanmasından sonra partiya seçicilərin 43,6%-nin səsini toplayıb.

Məlumatda bildirilir ki, kürdyönümlü Xalq Demokratik Partiyası hələ ki, səslərin 10,6%-ni toplayır.