Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var - FOTO
Region
- 06 sentyabr, 2017
- 14:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyənin Muğla şəhərində, Menteşe rayonunun Zeytinköy məhəlləsində meşə yanğını baş verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 136 evdən 40-ı qismən yanıb, 9 ev isə tamamilə külə dönüb, bəzi məhəllə sakinləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Əraziyə xeyli sayda canlı qüvvə və texnika, xüsusilə 4 amfibiya təyyarəsi, 11 helikopter, 2 buldozer, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
Evlərdəki qaz balonlarının partlaması və güclü küləyin yanğının nəzarət altına alınmasını çətinləşdirdiyi bildirilir.
Son xəbərlər
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol