Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb Türkiyənin Afyonkarahisar əyalətinin İscehisar rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 4-ü şagird olmaqla 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
Region
11 Oktyabr , 2021 12:29
Türkiyədə məktəbliləri daşıyan avtobus aşıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Afyonkarahisar əyalətinin İscehisar rayonunda məktəbliləri daşıyan xidməti avtobusun aşması nəticəsində 4-ü şagird olmaqla 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Hadisə yerinə polis, təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Məlumata görə, rayonun Çatağıl kəndində baş verən hadisə nəticəsində sürücü və iki məktəbli yaralanıb.

Qəza yerinə Afyonkarahisar valisi Gökmən Çiçək, bələdiyyə sədri Mehmet Zeybək və əyalətin polis rəisi Əli Təmiz gedib.

Son xəbərlər

Orphus sistemi