Bakı. 16 sentyabr. REPORT.AZ/ İstanbulda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 24 əcnəbi tutulub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tutulanlardan biri Azzov K. adlı Suriya vətəndaşı terrorçuları partlayıcı maddə və sursatla təmin edirmiş.
Məlumata görə, şübhəlilərdən 9-nun terrorçu qruplaşmanın aparıcılarından, 15-nin isə döyüş bölgələrinə getmək üçün Türkiyədə olduqları öyrənilib.