Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - VİDEO - YENİLƏNİB-2

Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - VİDEO - YENİLƏNİB-2 Helikopterdə 1 hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub
Region
18 Aprel , 2017 18:34
Türkiyədə helikopter qəzaya uğrayıb, 12 nəfər həlak olub - VİDEO - YENİLƏNİB-2

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətində qəzaya uğramış helikopterdəkilərin hamısı həlak olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, helikopterdə 1 hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub. 

*** 17:03

Türkiyənin Tunceli bölgəsinin Pülümür rayonunda qəzaya uğrayan helikopter havaya qalxdıqdan 10 dəqiqə sonra yerə düşüb.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə 11.40-dan (Bakı vaxtı ilə 12.40) helikopterlər əlaqə kəsilib. 

Məlumata görə, helikopterin ekipajı “112” telefon nömrəsinə zəng edərək “7 yaralı var” deyib. 

Xəbərdə bildirilib ki, hadisə yerinə 5 əyalətdən 43 xilasedici göndərilib.

*** 14:59

Türkiyənin Tunceli əyalətində göyərtəsində 12 nəfər olan helikopter qəzaya uğrayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, helikopter hakim və polisləri daşıyırmış.

Məlumata görə, helikopterdəkilərdən biri hakim, biri gizir, 7-i polis əməkdaşı, 3-ü isə ekipaj üzvüdür. 

Xəbərdə bildirilib ki, “Sikorsky S-70 Blackhawk” helikopteri Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə məxsusdur.

Hadisə yerinə Ərzurum və Diyarbakırdan 20 nəfərlik xilasedici dəstə göndərilib.

İlkin məlumata görə, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi