Türkiyədə FETÖ-yə qarşı əməliyyat çərçivəsində universitet rektoru tutulub

Türkiyədə FETÖ-yə qarşı əməliyyat çərçivəsində universitet rektoru tutulub Osmanqazi Universitetinin isə 35 müəllimi saxlanılıb
Region
31 Dekabr , 2016 10:34
Türkiyədə FETÖ-yə qarşı əməliyyat çərçivəsində universitet rektoru tutulub

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyənin Eskişehir Osmanqazi adına Universiteti və Uşaq şəhərindəki Universitetdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Uşaq Universitetinin rektoru professor, doktor Sait Çeliklə birlikdə ali təhsil müəssisəsinin 4 müəllimi tutulub.

Osmanqazi Universitetinin isə 35 müəllimi saxlanılıb. Sonra onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib, 9-u isə zaminə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi