Türkiyədə Ermənistan vətəndaşı həbs edilib

Türkiyədə Ermənistan vətəndaşı həbs edilib O, alkoqollu içki və siqaret qaçaqmalçılığında ittiham olunur
Region
17 Fevral , 2017 13:46
Türkiyədə Ermənistan vətəndaşı həbs edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyənin Sakarya əyalətinin Karasu rayonunda Ermənistanın 56 yaşlı vətəndaşı saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, alkoqollu içki və siqaret qaçaqmalçılığında ittiham olunur.

Məlumata görə, onun yaşadığı mənzildən 155 butulka araq və 30 qutu aksiz markasız siqaret, eləcə də 5 litr spirt, çoxlu sayda müxtəlif aksiz markaları aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi