Bakı. 12 oktyabr.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
E.Bransonun həbsdə olduğu müddət nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.
Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.
Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi.