Türkiyədə bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib

Region
  • 18 dekabr, 2017
  • 09:01
Türkiyədə bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyədə son bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib. 

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin “Ferhat Yılmaz” kod adı altında dekabrın 11-dən 18-dək keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, 4-ü sağ ələ keçirilib, 15 terrorçu isə təslim olub. 

Qeyd olunub ki, son bir həftə ərzində ümumilikdə 187 antiterror əməliyyatı keçirilib.