Türkiyədə bir gündə 1 502 nəfər COVID-19-a yoluxdu

Türkiyədə bir gündə 1 502 nəfər COVID-19-a yoluxdu Son gün ərzində Türkiyədə koronavirusdan daha24nəfər ölüb.
Region
26 Avqust , 2020 00:05
Türkiyədə bir gündə 1 502 nəfər COVID-19-a yoluxdu

Son gün ərzində Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 163 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 502 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 261 194-ə yüksəlib.

Nazir onu da vurğulayıb ki,ötən gün koronavirusdan 887 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 238 795 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi