Türkiyənin başına bir milyon lirə qoyduğu PKK terrorçusu məhv edilib

Türkiyənin başına bir milyon lirə qoyduğu PKK terrorçusu məhv edilib “Ahmet İpek” kod adlı Çekdar Zinar Dağlıca bölgəsində zərərsizləşdirilib
Region
1 Noyabr , 2016 11:52
Türkiyənin başına bir milyon lirə qoyduğu PKK terrorçusu məhv edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin başına bir milyon türk lirəsi qoyduğu (330 min dollara yaxın) terrorçu PKK qruplaşmasının silahlısı məhv edilib. 

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, “Ahmet İpek” kod adlı Çekdar Zinar Türkiyənin Dağlıca bölgəsində zərərsizləşdirilib. 

Məlumata görə, o, Hakkari əyalətinin Dağlıca bölgəsində təhlükəsizlik qurumunun 8 əməkdaşının qətlində iştirak edib. Ona görə də barəsində axtarış elan edilib və başına bir milyon türk lirəsi qoyulub. 

Bundan başqa, başlarına 300 min türk lirəsi (100 min dollar) qoyulan Vahdettin Uyanık və Şerifa Naşa Suriyada “YPG” (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri) sıralarında döyüşdə zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi