Türkiyədə baş verən yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Region
  • 06 fevral, 2018
  • 05:21
Türkiyədə baş verən yol qəzasında 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin Çorum əyalətinin İskilip rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, hadisə fevralın 6-da səhər saatlarında İskilip rayonunun Eskiköy yaşayış məntəqəsi yaxınlığında baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

44 - Tezliklə