Türkiyədə ağır yol qəzası olub, 21 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub, 21 nəfər yaralanıb Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
Region
12 aprel 2025 18:26
Türkiyədə ağır yol qəzası olub, 21 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda qeydə alınıb.

İki metrobusun toqquşması nəticəsində 21 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə tıxaca səbəb olub.

Orphus sistemi