Türkiyədə 121 polis əməkdaşı işdən azad edilib

Türkiyədə 121 polis əməkdaşı işdən azad edilib FETÖ ilə bağlı istintaq işləri çərçivəsində sərəncama alınan 19 polis əməkdaşı tutduqları vəzifəyə bərpa ediliblər
Region
16 Noyabr , 2016 13:59
Türkiyədə 121 polis əməkdaşı işdən azad edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin Van bölgəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı davam edən istintaq çərçivəsində 121 polis əməkdaşı tutduğu vəzifədən uzaqlaşdırılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlardan biri rayon təhlükəsizlik şöbəsinin rəisi, ikisi isə təhlükəsizlik işləri üzrə vəzifəli şəxsdir.

Məlumata görə, bir müddət əvvəl Vanda FETÖ ilə bağlı istintaq işləri çərçivəsində sərəncama alınan 19 polis əməkdaşı tutduqları vəzifəyə bərpa edilib.

Son xəbərlər

Orphus sistemi