“Fevral ayında keçirilən daxili təhlükəsizlik əməliyyatlarında 78 terrorçu zərərsizləşdirilib”.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataqlı söyləyib.
Onun sözlərinə görə, fevralda narkotiklə mübarizə əməliyyatlarında saxlanılan 23 714 nəfərdən 1 759-u həbs edilib.