Türkiyə XİN başçısının müavini Gürcüstanda səfərdədir

Türkiyə XİN başçısının müavini Gürcüstanda səfərdədir S.Önalın fevralın 23-də Gürcüstanın XİN başçısı ilə görüşü də nəzərdə tutulub
Region
22 Fevral , 2021 17:25
Türkiyə XİN başçısının müavini Gürcüstanda səfərdədir

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal Gürcüstana işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

S.Önalın başçılıq etdiyi nümayəndə heyəti və Gürcüstanın xarici işlər naziri Laşa Darsaliya arasında görüş keçirilib. Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələlərini və strateji tərəfdaşlığın dərinləşdirilməsi üzrə perspektivləri müzakirə ediblər.

Türkiyə tərəfi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyib. Görüşdə bölgədə yaranan yeni reallıq, çağırışlar, təhdidlər və əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

Qeyd olunub ki, Gürcüstan hər iki ölkənin iştirak etdiyi iqtisadi layihələrə böyük önəm verir. Tərəflər xüsusi diqqəti Türkiyə və Gürcüstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti görüşünə yönəldiblər.

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə bağlı məsələlərə də toxunulub və bu sahədə qarşılıqlı yardım və təcrübə mübadiləsinin zərurliyi vurğulanıb.

S.Önalın fevralın 23-də Gürcüstanın XİN başçısı ilə görüşü də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi