Türkiyə və Yunanıstan nümayəndələri Afinada etimad tədbirlərini müzakirə edəcəklər

Türkiyə və Yunanıstan nümayəndələri Afinada etimad tədbirlərini müzakirə edəcəklər Türkiyə və Yunanıstan nümayəndələri etimad tədbirlərini müzakirə etmək üçün Yunanıstanın Milli Müdafiə Nazirliyində görüş keçirəcəklər.
Region
22 Aprel , 2024 04:11
Türkiyə və Yunanıstan nümayəndələri Afinada etimad tədbirlərini müzakirə edəcəklər

Türkiyə və Yunanıstan nümayəndələri etimad tədbirlərini müzakirə etmək üçün Yunanıstanın Milli Müdafiə Nazirliyində görüş keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş aprelin 22-də Afinada baş tutacaq. Yunanıstan nümayəndə heyətinə səfir Teoharis Lalakos, Türkiyə nümayəndə heyətinə isə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək.

Görüşdə iki ölkənin silahlı qüvvələrinin yüksək rütbəli zabitləri də iştirak edəcək. Etimad tədbirlərinə dair əvvəlki görüş 13 noyabr 2023-cü ildə Ankarada baş tutub.

Xatırladaq ki, ötən il dekabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Afina Bəyannaməsini imzalayıblar. Sənəddə iki ölkə arasında əməkdaşlıq üçün yenilənmiş iradənin tanındığı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi