Türkiyə və Ukraynanın müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə və Ukraynanın müdafiə nazirləri arasında telefon danışığı olub Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub
Region
16 Aprel , 2022 11:34
Türkiyə və Ukraynanın müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, H.Akar telefon danışığı zamanı atəşkəsin dərhal elan olunmasının önəmini qeyd edib, Türkiyə vətəndaşları ilə dinc sakinlərin quru və dənizdən təxliyəsinin təcililiyini bildirib, Ukrayna limanlarında gözləyən Türkiyəyə aid ticarət gəmilərinin təhlükəsizliyi, habelə Türkiyəyə çatdırılmasının təmin edilməsi məsələlərini müzakirə edib.

Bundan başqa, türkiyəli nazir ölkəsinin Ukraynaya humanitar yardım üçün üzərinə düşəni edəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi