Türkiyə və Rusiya rəsmiləri Hələblə bağlı məsələləri müzakirə edəcəklər

Türkiyə və Rusiya rəsmiləri Hələblə bağlı məsələləri müzakirə edəcəklər Danışıqlara Türkiyə tərəfdən Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının məsul əməkdaşları qatılacaqlar
Region
13 Dekabr , 2016 13:59
Türkiyə və Rusiya rəsmiləri Hələblə bağlı məsələləri müzakirə edəcəklər

Bakı. 13 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyaləti ilə bağlı məsələləri müzakirə etmək üçün Türkiyə və Rusiya rəsmiləri sabah görüşəcəklər. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, danışıqlara Türkiyə tərəfdən Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) məsul əməkdaşları qatılacaqlar.

Görüşdə Hələbdəki müxaliflərə bağlı qrupların həmin ərazidən çıxması üçün dəhlizin açılması və atəşkəs rejiminin tətbiq edilməsi müzakirə olunacaq.

Rusiya nümayəndələri Hələbin şərqində müxalifətin nəzarəti altında qalan ərazinin 3 kilometrliyində durduqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib.

Xatırladaq ki, ötən gün terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənib. 

Son xəbərlər

Orphus sistemi