Türkiyə və Latviyanın müdafiə nazirləri Azərbaycanın təhlükəsizliyindən danışıblar

Türkiyə və Latviyanın müdafiə nazirləri Azərbaycanın təhlükəsizliyindən danışıblar “Azərbaycan,Ukrayna və Gürcüstanla bağlı təhlükəsizlik məsələləri müzakirə etdik”.
Region
8 İyun , 2021 17:54
Türkiyə və Latviyanın müdafiə nazirləri Azərbaycanın təhlükəsizliyindən danışıblar
Hulusi Akar və Artis Pabriks

“Azərbaycan, Ukrayna və Gürcüstanla bağlı təhlükəsizlik məsələlərini müzakirə etdik”.

“Report” Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşdə bildirib.

Hulusi Akara “dostum” deyərək müraciət edən Aris Pabriks Türkiyəni çox etibarlı bir NATO müttəfiqi olaraq qiymətləndirib.

Latviyalı nazir Türkiyənin müdafiə sənayesi sahəsində önəmli addımlar atdığını da qeyd edib: “Bu anlamda Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli sayırıq. Mən Türkiyəni Avropa İttifaqı üçün çox yaxşı bir namizəd ölkə olduğuna inanıram. Bu, mənim şəxsi fikirmdir və bunu dəyişdirməyəcəyimi bilirəm”.

O, Hulusi Akarı Latviyada səbirsizliklə gözlədiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi