Türkiyə və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Türkiyə və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib Bakı. 31 mart. REPORT.AZ/ Ankara və Vaşinqton müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Region
31 Mart , 2018 03:35
Türkiyə və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 31 mart. REPORT.AZ/ Ankara və Vaşinqton müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflərin görüşü müdafiə sənayesi üzrə Türk-Amerika ticarət dialoqunun beşinci sessiyası çərçivəsində keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin və Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri, eləcə də Dövlət Departamentinin əməkdaşları və ABŞ Müdafiə Nazirliyi nümayəndələri iştirak ediblər.

"Tədbir iştirakçıları Türkiyə və ABŞ-ın hər iki ölkənin xeyrinə təhlükəsizlik və müdafiə sənayesi məhsullarının ticarəti sahəsində ümumi tapşırıqların həllinə sadiq olduqlarını təsdiqləyiblər", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi