Türkiyə ordusu Suriyada terrorçulara zərbə endirib

Türkiyə ordusu Suriyada terrorçulara zərbə endirib Türkiyə Silahlı Qüvvələri Suriyanın Hasiçi vilayətinin şimalında yerləşən Qamışlı şəhəri ərazisində “Suriya Demokratik Qüvvələri”nin (SDQ) terrorçularına pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbə endirib.
Region
14 iyun 2023 17:12
Türkiyə ordusu Suriyada terrorçulara zərbə endirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Hasiçi vilayətinin şimalında yerləşən Qamışlı şəhəri ərazisində “Suriya Demokratik Qüvvələri”nin (SDQ) terrorçularına pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbə endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatı Qamışlının şərqindəki kəndlərdən birində keçirilib. SDQ terrorçularını daşıyan avtomobilə hücum edilib.

Zərbə nəticəsində ölən və yaralananların sayı qeyd olunmur.

Son xəbərlər

Orphus sistemi