Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb

Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Region
23 Dekabr , 2020 15:42
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Fatma Ceren Yazqan

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, səfirin XİN-ə dəvət olunması Türkiyənin iri banklarının Gürcüstanın işğal altında olan Abxaziya bölgəsində xidmətlər göstərməyə başlamasına dair yayılan məlumatlarla bağlı olub.

F.C.Yazqan bildirib ki, XİN nümayəndələri ilə məsələni müzakirə edib: “Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğal altında olan ərazilərdə maliyyə xidmətlərinin göstərilməsinə heç zaman razılıq verə bilməz”.

Səfir qeyd edib ki, yayılan məlumatlar dəqiqləşdirilməmiş olub: “Bu cür halların qarşısını almaq və ictimaiyyət arasında yanlış fikir yaratmamaq üçün Gürcüstan hökuməti ilə daha sıx əməkdaşlıqla bağlı razılığa gəldik. Bank kartları və maliyyə xidmətlərinə gəlincə, bu məsələ hələ də gündəlikdə durur və Türkiyədə müştərilərinə xidmətlər təklif edən Rusiya banklarının müəyyən kartları ilə bağlıdır”.

Qeyd edək ki, yayılan məlumatlara görə, Türkiyənin “İş Bank” və “Ziraat Bank”ı Abxaziyanın “World” milli kart sahiblərinə xidmətlər göstərməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi