Türkiyə Qara dəniz qazı hesabına enerji idxalını 2 milyard dollar azalda bilər

Türkiyə Qara dəniz qazı hesabına enerji idxalını 2 milyard dollar azalda bilər Qara dənizdə qaz hasilatı Türkiyəyə bu il enerji idxalına 2 milyard ABŞ dollarına qədər qənaət etməyə kömək edə bilər.
Region
26 Aprel , 2023 20:44
Türkiyə Qara dəniz qazı hesabına enerji idxalını 2 milyard dollar azalda bilər

Qara dənizdə qaz hasilatı Türkiyəyə bu il enerji idxalına 2 milyard ABŞ dollarına qədər qənaət etməyə kömək edəcək.

“Report” xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazıb.

Qəzet yazır ki, ortamüddətli perspektivdə Qara dəniz yataqlarının işlənilməsi idxalı ildə 10 milyard dollardan çox azaldacaq. Qara dənizdəki bütün qaz yataqlarının işlənməsindən sonra, yəni 2028-ci ilə qədər buradan hasil olunacaq yanacaq daxili istehlakın 30%-ə qədərini ödəyə biləcək.

Enerji idxalından asılılıq birbaşa Türkiyənin yüksək cari kəsirində özünü göstərir. 2022-ci ildə kəsir 97 milyard dollar təşkil edib. Bu vəziyyəti düzəltmək üçün rəsmi Ankara, eyni zamanda qaz və neftin kəşfiyyatı və hasilatına da bel bağlayır. Qazma işləri təkcə Qara dənizdə deyil, həm də Aralıq dənizində, ölkənin şimal-qərb hissəsində quruda, cənub-şərqdə və Egey dənizində aparılır.

Qəzetin yazdığına görə, ölkə daxilində qaz və neft hasilatı sayəsində Türkiyə özünü dünya bazarlarında enerji qiymətlərinin dəyişkənliyindən müəyyən qədər qoruya biləcək.

Son xəbərlər

Orphus sistemi