Ərdoğanın müşaviri: "Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyəyə qarşı xarici təhdidlərin qarşısı tamamilə alınıb"                     

Ərdoğanın müşaviri: "Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyəyə qarşı xarici təhdidlərin qarşısı tamamilə alınıb"                      "Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm".
Region
267
18 Oktyabr , 2021 17:19
Ərdoğanın müşaviri: Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyəyə qarşı xarici təhdidlərin qarşısı tamamilə alınıb                     
Mesut Hakkı Caşın

"Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm".

Bu fikirləri "Report"un yerli bürosuna Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Yeditəpə Universitetinin Strateji Araştırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşın deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyi mənfəətə yox, qarşılıqlı sevgi və hörmətə əsaslanır.

Mesut Hakkı Caşın vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində regionda və dünyada yeni bir mərhələ başladan Vətən müharibəsi iki qardaş ölkənin əməkdaşlıq sahələrini də genişləndirib:

"Osmanlı dövründə bağlanmış məlum müqavilənin 4-cü maddəsində olduğu kimi, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında imzalanmış Şuşa Bəyannaməsi də ölkələrimizə qarşı xarici təhdidlərin qarşısını tamamilə alıb".

Son xəbərlər

Orphus sistemi