Türkiyə Prezidenti xəbərdarlıq edib: "Dünyada su mənbələri sürətlə azalır"

Türkiyə Prezidenti xəbərdarlıq edib: "Dünyada su mənbələri sürətlə azalır" Dünyada su mənbələri sürətlə azalır.
Region
11 Dekabr , 2023 15:21
Türkiyə Prezidenti xəbərdarlıq edib: Dünyada su mənbələri sürətlə azalır
Rəcəb Tayyib Ərdoğan

Dünyada su mənbələri sürətlə azalır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”.

R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: “Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”.

Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: “Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".

Son xəbərlər

Orphus sistemi