Türkiyə prezidenti: "Putin verdiyi sözə əməl edən adamdır"

Türkiyə prezidenti: "Putin verdiyi sözə əməl edən adamdır" “Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıram. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.
Region
1886
25 Dekabr , 2020 15:28
Türkiyə prezidenti: Putin verdiyi sözə əməl edən adamdır
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Rusiya prezidenti Vladimir Putin ilə tanış olandan indiyədək mən onu verdiyi sözə əməl edən şəxs kimi tanıyıram. İkitərəfli əlaqələrimiz başqa ölkələrə nümunə olacaq səviyyədədir”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

“İndiyədək sürdürdüyümüz münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcəyik. Hərbi, diplomatik, iqtisadi, mədəni sahələrdə birgə fəaliyyət göstərdik və göstərəcəyik. Ticarət həcminə gəldikdə isə hədəflərimiz eynidir”, - Ərdoğan rusiyalı həmkarı haqqında danışarkən vurğulayıb.

R.T.Ərdoğan deyib ki, V.Putin sözbütöv və kişi adamdır.

Qeyd edək ki, Vladimir Putin Türkiyə prezidenti haqqında demişdi: “Rəcəb Tayyib Ərdoğan sözübütöv, kişi adamdır”.

Son xəbərlər

Orphus sistemi