Ərdoğan: “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa uğrayacaq”

Ərdoğan: “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa uğrayacaq” “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa məhkum olacaq”.
Region
30 Aprel , 2019 13:39
Ərdoğan: “Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa uğrayacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid
0 : 00
0 : 00

“Türkiyə uzaqlaşdırıldığı təqdirdə “F-35” layihəsi tamamilə iflasa məhkum olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 14-cü Beynəlxalq Müdafiə Sənayesi sərgisinin açılışında bildirib.

O vurğulayıb ki, ölkəsi müdafiə sənayesi sahəsində məcburiyyətləri qəbul etməyəcək: “Bu sahədə tarixi islahatlara başladıq. Müdafiə sənayesinin xaricdən asılığını 80 faizdən 30 faizədək endirdik. Amma bu o qədər də asan başa gəlməyib. Bəzən sobatajlarla, xəyanətərlə üzləşdik. Qarşımıza çıxan maneələri aşmaqdan yorulmadıq. Əgər əvvəllər biz xaricdən mütəxəssislər gətirirdiksə, indi xaricə mütəxəssis göndəririk”.

Son xəbərlər

Orphus sistemi