Türkiyə prezidenti: “Bir referendum da edam hökmü ilə bağlı keçirərik”

Türkiyə prezidenti: “Bir referendum da edam hökmü ilə bağlı keçirərik” Rəcəb Tayyib Ərdoğan: “Aprelin 16-dan sonra parlamentdə edam hökmünün bərpası ilə bağlı qərar qəbul olunar”
Region
11 Aprel , 2017 18:53
Türkiyə prezidenti: “Bir referendum da edam hökmü ilə bağlı keçirərik”

Bakı. 11 aprel. REPORT.AZ/ “Aprelin 16-dan sonra parlamentdə edam hökmünün bərpası ilə bağlı qərar qəbul olunar”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən mitinqdəki çıxışında bildirib.

“Dövlət Bahçeli (Milliyyətçi Hərəkat Partiyasının sədrini nəzərdə tutur – “Report” ) edan hökmünü bərpasına dəstəkləyir. Səhv etmirəmsə Kılıcdaroğlu da (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunu nəzərdə tuturu – “Report”) dəstəkləyəcəyinin deyib. Hərhalda dəstəkləməzsə bir referendum da edam hökmü ilə bağlı keçirərik. Demokratiyada bu məsələnin sahibi millətdir, millət. Ona görə də Corc, Hans, Elqa nə deyir, desin, mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əhməd, Məhəmməd, Həsən, Ayşə, Fatmanın nə deyəcəyi önəmlidir” - Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 33 ildir edam hökmü icra olunmur. 2002-ci ildən ölkədə edam hökmü ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi