Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub Ankarada, Türkiyə Prezident Adminstrasiyasının binasında 28 May - Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü qeyd olunub.
Region
25 May , 2024 21:04
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ankarada, Türkiyə Prezident Adminstrasiyasının binasında 28 May - Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələri Günü qeyd olunub.

“Report”un Ankara bürosu xəbər verir ki, qəbulda hakimiyyət orqanlarının təmsilçiləri, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Baş prokuror Bəkir Şahin, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri, millət vəkilləri, qardaş ölkədə akkreditasiya olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, azərbaycanlılar iştirak ediblər.

Mərasimin rəsmi hissəsində ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov İslam dünyasının ilk müstəqil dövləti olan Azərbaycanın keçdiyi azadlıq yolundan, danışıb. TBMM sədri Numan Kurtulmuş Azərbaycan və Türkiyənin Türk dünyasında əhəmiyyətindən bəhs edib.

Sonra Azərbaycan haqqında hazırlanmış xüsusi videomaterial nümayiş edilib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Filarmoniyasının sənətçiləri, rəqs qrupu, azərbaycanlı müğənnilər Çinarə Məlikzadə, Aynur İsgəndərli, Sahib Paşazadə, Kənan Qədimov Azərbaycan bəstəkarlarının musiqilərindən və xalq mahnılarımızdan ibarət müxtəlif ifalar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi