Türkiyə PA-nın rəsmisi: “Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik”

Türkiyə PA-nın rəsmisi: “Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik” “Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik”.
Region
26 Avqust , 2021 17:01
Türkiyə PA-nın rəsmisi: “Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik”
Fahrettin Altun

“Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun söyləyib.

“Türk əsgəri çətin bir tapşırığı uğurla tamamlamağın qüruru ilə evinə qayıdır. Xidmətləri və fədakarlıqları üçün onlara minnətdarıq. Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik. Türkiyə Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında indiyə qədər çox önəmli vəzifələri üstünə götürüb”, - o qeyd edib.

F.Altun Türkiyə ordusunun 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatda iştirak etdiyini xatırladıb: “Əfqanıstan xalqının silahlı qüvvələrimizə olan sevgisi bölgəyə gedən hər kəs tərəfindən görülməkdədir. Hərbi təyyarələrimizlə bu vaxta kimi 1 129 dinc sakin təxliyə edilib. Türkiyə Liviyadan Azərbaycana, Somalidən Suriyaya və Əfqanıstana qədər “bölgədə hamı təhlükəsizlikdə olana qədər kimsə güvəndə deyildir” inancı ilə insan mərkəzli xarici siyasət yürüdür”, - F.Altun bildirib.

Son xəbərlər

Orphus sistemi