Türkiyə ordusu Suriyanın şimalında 9 terrorçunu məhv edib

Region
  • 20 aprel, 2022
  • 21:55
Türkiyə ordusu Suriyanın şimalında 9 terrorçunu məhv edib

Türkiyə Ordusu Suriyanın şimalında PKK/YPG-nin 9 terrorçusunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat “Barış Pinarı”, “Zeytun budağı” və “Fərat Qalxanı” zonalarında həyata keçirilib.

Terrorçuların Türkiyə ordusunun nəzarətində olan ərazilərdə hücumlar hazırladığı bildirilir.