Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib"

Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib" "Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.
Region
31 Mart , 2024 18:42
Türkiyə MSK-nın sədri: Bələdiyyə seçkilərində səsvermə sakit keçib

"Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.

"Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq"-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi