“İraqın şimalında icra edilən “Pəncə-Kilid” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 26-ya yüksəlib”.
“Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.
Qeyd edək ki, ötən gecə İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akara başsağlığı verib.
Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK-nın terror yuvalarını zərərsizləşdirilməsinə hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.