Türkiyə millisinin keçmiş futbolçusu ölkədən qaçıb

Türkiyə millisinin keçmiş futbolçusu ölkədən qaçıb Arif Ərdəm FETÖ-yə üzv olmaqda ittiham edilir
Region
105
25 Avqust , 2016 14:45
Türkiyə millisinin keçmiş futbolçusu ölkədən qaçıb

Bakı. 25 avqust. REPORT.AZ/ Türkiyə milli komandası və "Qalatasaray" klubunun keçmiş futbolçusu Arif Ərdəm ölkədən qaçıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, A.Ərdəm Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilir. 

Onun barəsində həbs qərarı çıxarılıb. 

Məlumata görə, o, iyulun 23-də Türkiyənin Ədirnə Sərhəd-Keçid Məntəqəsindən Yunanıstanın İpsal sərhəd rayonuna keçib. 

Qeyd edək ki, Arif Ərdəm 1972-ci ildə İstanbulda anadan olub. O,1991-2000-ci və 2001-2005-ci illərdə Türkiyənin "Qalatasaray", bir il isə İspaniyanın "Real Sosyedad" klublarında çıxış edib. Türkiyə millisinin heyətində isə 60 dəfə meydana çıxaraq, 11 qol vurub. 2002-ci ildə Türkiyə millisinin tərkibində futbol üzrə dünya çempionatının bürnüc mükafatını qazanıb. 2005-ci ildə futbolçu karyerasına son verərək, "Başakşehir" komandasında məşqçilik etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi